Hikmət Hacıyev Laçından yeni görüntülər PAYLAŞDI

13:05 28.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "X" hesabında Laçından paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

"Laçın – gözəlliyi ilə heyran edən, vaxtilə 30 illik işğal və vandalizmdən yaralanmış, indi isə Prezident İlham Əliyevin rəhbərliyi altında Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilmiş şəhər – bu gün - Azərbaycanın Müstəqillik Günündə - qürurla üç qardaş ölkənin:

Azərbaycan, Pakistan və Türkiyənin Zirvə toplantısına ev sahibliyi edir!"